İşıq probleminiz yaransa, 199 Çağrı Mərkəzi ilə əlaqə saxlayın

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

İşıq probleminiz yaransa, 199 Çağrı Mərkəzi ilə əlaqə saxlayın

“Azərişıq” ASC hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Bu barədə AYNA-ya “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

Xəbərlər:

Xüsusi məlumat

Məlumat ünvanı (URL) ayna.az/news/25818

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1299
Baxılıb: 41
Əlavə edilib:
Redaktə edilib: 12-03-2021
Bitmə tarixi: 12-03-2022
Kateqoriyalar: Cəmiyyət