Övladını şəxsi avtomobillə məktəbə aparan valideynlərə BNA-dan MÜRACİƏT

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Övladını şəxsi avtomobillə məktəbə aparan valideynlərə BNA-dan MÜRACİƏT

BNA: "Avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar"

Xüsusi karantin rejimi çərçivəsində fevralın 15-dən ali məktəblərdə praktik, əyani orta məktəblərdə isə 5-9-cu sinif şagirdlərinin tədris prosesi başlayacağını, nəzərə alaraq küçə və prospektlərdə, xüsusi ilə də təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Bu səbəbdən də hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına, xüsusən də avtobus zolaqlarının tələblərinə, dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.

AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mövcud pandemiya şəraitində müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətinə şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir: "Övladlarını şəxsi nəqliyyat vasitələri ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib, digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları, ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi eləcə də pik saatlarda ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür".

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Xəbər ünvanı (URL) ayna.az/news/24651

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 372
Baxılıb: 7
Əlavə edilib:
Redaktə edilib: 13-02-2021
Bitmə tarixi: 13-02-2022
Kateqoriyalar: Cəmiyyət