“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib - FOTO

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

“Xocalı soyqırımını unutmayaq” müsabiqəsininin qalibləri müəyyən edilib - FOTO

"Xocalıya ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclərin iştirakı ilə həyata keçirilən "Xocalı soyqırımını unutmayaq" adlı layihə müsabiqəsinin qalibləri müəyyən edilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyi tərəfindən təşkil olunan müsabiqəyə "GəncApp" mobil tətbiqi üzərindən 100-dən çox layihə təqdim edilib. Müsabiqəyə xaricdə yaşayan gənclər də fəal qoşulublar.

Seçim zamanı mövcud karantin rejiminin tələblərinə uyğun olaraq sosial platformalar üzərindən Xocalı soyqırımı həqiqətlərini geniş auditoriyaya çatdıracaq layihələrə üstünlük verilib. Münsiflər heyətinin qiymətləndirməsi əsasında 10 ən yaxşı layihə seçilib. Qalib layihələrin hər biri 1000 AZN məbləğındə mükafatlandırılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı barədə faktların, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) news.milli.az/politics/925879.html

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 960
Baxılıb: 8
Əlavə edilib:
Redaktə edilib: 26-02-2021
Bitmə tarixi: 26-02-2022
Kateqoriyalar: Cəmiyyət