Azərbaycanda 6 gün iş OLMAYACAQ

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Azərbaycanda 6 gün iş OLMAYACAQ

2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.

Sonxeber.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.

Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk - Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 306
Baxılıb: 10
Əlavə edilib:
Redaktə edilib: 10-02-2021
Bitmə tarixi: 10-02-2022
Kateqoriyalar: Cəmiyyət