Azərbaycandan bu ölkələrə gedən şəxslərdən tələb edilən sənədlər - SİYAHI

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Azərbaycandan bu ölkələrə gedən şəxslərdən tələb edilən sənədlər - SİYAHI

Azərbaycandan hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədlər müəyyənləşib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, tələb olunan sənədlər aşağıdakılardır:

- Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslər uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi. (Rusiya üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur).

- Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə isə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

- Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.

V.Hüseynov əlavə edib ki, quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən səfirliklərinə (konsulluqlarına) müraciət etməlidir.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Xəbər ünvanı (URL) baku.ws/social/111781

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 530
Baxılıb: 9
Əlavə edilib:
Redaktə edilib: 17-02-2021
Bitmə tarixi: 17-02-2022
Kateqoriyalar: Cəmiyyət