Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanıldı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinə başlanıldı

Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir.

Bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 200-dən çox müasir tələblərə cavab verən avtobuslar verilib:

“Sumqayıt şəhərində ictimai nəqliyyat sistemində daha bir yeniliyin tətbiqinə başlanılıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti və “Paşa Bank”ın birgə layihəsi olaraq, şəhər nəqliyyatında nağdsız ödəniş sisteminə keçilir.

İctimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunur. Artıq avtobuslarda xüsusi quraşdırılmış cihaza bank kartları ilə təmassız ödəniş imkanı yaradılır. Sərnişinlər kontaktsız işarəsi olan bütün bank, əmək haqqı, pensiya və təqaüd kartları ilə ictimai nəqliyyatda ödəniş edə bilərlər.

Kartı olmayan şəxslər isə yalnız Sumqayıt nəqliyyatında keçərli olan kartları əldə edə, balansı isə e-Manat və “MilliÖn” ödəmə terminalları vasitəsilə artıra bilərlər”.

Kartla nağdsız ödəniş sistemi il ərzində bütün marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunacağı da qeyd edilib.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 170
Baxılıb: 42
Əlavə edilib:
Redaktə edilib: 01-02-2021
Bitmə tarixi: 01-02-2022
Kateqoriyalar: Cəmiyyət