Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək

Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsində 21.1.4-cü maddədə dəyişiklik təklif edilir. Beləliklə, layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Layihəyə əsasən, İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.

Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 786
Baxılıb: 8
Əlavə edilib:
Redaktə edilib: 23-02-2021
Bitmə tarixi: 23-02-2022
Kateqoriyalar: Cəmiyyət