Heç təyyarədə səyahət edərkən, səmada bu qədər təyyarə olduğu halda toqquşmaların qarşısının hansı üsul ilə alındığı haqqında düşünmüzünüzmü?

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

Heç təyyarədə səyahət edərkən, səmada bu qədər təyyarə olduğu halda toqquşmaların qarşısının hansı üsul ilə alındığı haqqında düşünmüzünüzmü?

Təyyarələr xəbərdarlıq və toqquşma qabaqlayıcı sistemə malikdirlər. Bu sistem ilə təyyarələr ətrafdakı eyni sistemə sahib təyyarələrin mövqeyini müəyyən edir və lazım olduğu vəziyyətdə yayınmaya imkan verəcək manevri pilotlara bildirir. Hava gəmilərinin toqquşmalarının qarşısını alma sistemi (TCAS-Traffic Collision Avoidance System) ilə təchiz olunmuş hər bir təyyarə müəyyən bir ərazidə mövqeyi haqqında siqnal göndərən (1030 MHs) və digər təyyarələrin göndərdiyi siqnalları (1090 MHs) da qəbul edən bir sistemdir. Bu əməliyyat saniyədə bir neçə dəfə təkrarlana bilər. TCAS digər təyyarələrdən hesablanan məlumatları almaq üçün radio siqnalları ötürür və qəbul edir. Bu cür siqnal göndərmə əməliyyatı nəticəsində yüksəklik, təyinat yeri və vəziyyət haqqında məlumatlar alınır. Digər təyyarələr öz yüksəklik məlumatlarını hesablayırlar və onların təyinat yeri isə sorğu siqnalının göndərilməsi, qəbul edilməsi və cavab gəlməsi arasındakı zamanın ölçülməsi ilə hesablanır. TCAS emal olunan məlumatları və digər uçuş vəziyyətində olan təyyarələrdən gələn məlumatlardan istifadə edərək, digər təyyarələrin mövqeləri ilə bağlı vizual görüntüləri elekton-pilotaj sisteminin displeylərində meydana gətirir.


TCAS sisteminin əsas tərkib hissələri aşağıda qeyd olunmuşdur:
– TCAS idarəetmə paneli
– TCAS antenaları (2) (Bir ədədi füzelyajın üst digəri isə alt hissəsində yerləşmişdir.)
– TCAS kompüteri
TCAS sistemi tərəfindən ötürülən toqquşma haqqında qrafik bildirişlər, kompüter tərəfindən yaradılan səs xəbərdarlıqları vasitəsilə tamamlanır. TCAS sistemi tərəfindən bütün hava obyektləri 4 kateqoriyaya bölünür:
– Konflikt vəziyyət yaradan obyekt RA ( Resolution Advisory)
– Konflikt vəziyyət yaratmayan obyekt TA ( Traffic Advisory)
– Yaxınlaşan obyekt PT (Proximate Traffic)
– Digər obyektlər (Other Traffic)

Təhlükəli vəziyyət yarada biləcək obyekt aşkar olunduğu zaman sistemin işləmə prinsipini videodan izləyə bilərsiniz.

Video

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 7
Baxılıb: 155
Əlavə edilib:
Redaktə edilib: 16-01-2021
Bitmə tarixi: 16-01-2022
Kateqoriyalar: Elm