Vətən Müharibəsi qəhrəmanlarının BÜSTLƏRİ QOYULACAQ

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Vətən Müharibəsi qəhrəmanlarının BÜSTLƏRİ QOYULACAQ

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir.

Lent.az-ın məlumatına görə, bu, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna edilən dəyişiklikdə isə Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli qəhrəmanlarının və Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2278
Baxılıb: 29
Əlavə edilib:
Redaktə edilib: 06-05-2021
Bitmə tarixi: 06-05-2022
Kateqoriyalar: Hərbi