DSX rəisi: Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

DSX rəisi: Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nın hərbi hissəsinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verib.

NOCOMMENT dialoqu təqdim edir:

Elçin Quliyev: Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılıb. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçıb.

Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.

Elçin Quliyev: Elədir ki, var cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu, ən yüksək göstəricidir.

Prezident İlham Əliyev: Bu dağın başında idi.

Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident, Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər.

Dövlət başçısına məlumat verilib ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2124
Baxılıb: 20
Əlavə edilib:
Redaktə edilib: 27-04-2021
Bitmə tarixi: 27-04-2022
Kateqoriyalar: Hərbi xəbərlər