Gədəbəydə atı ağacdan asdılar - Polis araşdırmaya başladı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Gədəbəydə atı ağacdan asdılar - Polis araşdırmaya başladı

Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə DİN-ın Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığınla bağlı polisə şikayət ərizəsi təqdim edib.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər mənbəyi (URL) report.az

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1039
Baxılıb: 28
Əlavə edilib:
Redaktə edilib: 27-02-2021
Bitmə tarixi: 27-02-2022
Kateqoriyalar: Hadisə