Marketin damı qaz xəttinin üstünə aşdı - 600 abonent qazsız qaldı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Marketin damı qaz xəttinin üstünə aşdı - 600 abonent qazsız qaldı

Bu gün Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur.

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, “Qardaşlar” marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb.

Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1254
Baxılıb: 24
Əlavə edilib:
Redaktə edilib: 07-03-2021
Bitmə tarixi: 07-03-2022
Kateqoriyalar: Hadisə