“Panatinaikos”la müqavilə bağladı – millimizin hücumçusu

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

“Panatinaikos”la müqavilə bağladı – millimizin hücumçusu

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenkonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner karyerasını Yunanıstanda davam etdirəcək.

28 yaşlı hücumçu “Panatinaikos” klubu ilə müqavilə imzalayıb. O, 2021/22 mövsümündə Afina təmsilçisinin uğurları üçün çalışacaq.

Bir müddət əvvəl Belarusun “Minçanka” klubu ilə yolları ayrılan Marqarita Ellada təmsilçisinə keçidinə şərh verib: “Panatainaikos”dan təklif alanda bu klub barədə çox məlumatlı idim. Bilirəm ki, bu, Yunanıstanın ən güclü klublarından biridir. Peşəkarlıq baxımından fərqlənən belə bir kluba keçdiyim üçün şadam. Bizim çox vacib hədəflərimiz var. Komandaya bütün turnirlərdə qalib gəlmək üçün kömək etmək istəyirəm. İnanıram ki, mövsümün sonunda istədiklərimizə nail olacağıq”.

Qeyd edək ki, 2014/15 mövsümündə də Yunanıstanda oynayan Stepanenko “Olimpiakos”un formasını geyinib.

Xəbərlər:

Xüsusi məlumat

Məlumat ünvanı (URL) apasport.az/az/news/164576

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2316
Baxılıb: 162
Əlavə edilib:
Redaktə edilib: 08-05-2021
Bitmə tarixi: 08-05-2022
Kateqoriyalar: İdman