Azərbaycan Premyer Liqasında mövsümün antirekordu təkrarlandı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Azərbaycan Premyer Liqasında mövsümün antirekordu təkrarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda qapılara cəmi 5 top vurulub.

"Report" xəbər verir ki, bu, mövsümün antirekordunun növbəti dəfə təkrarlanması deməkdir.

Cari mövsüm VII və XI turlarda da qapı torları 5 dəfə silkələnib. Hər üç turda orta məhsuldarlıq 1,25-ə bərabər olub.

Ən çox qol isə X turda vurulub. Həmin vaxt komandalar 19 dəfə fərqlənə bilib və orta məhsuldarlıq 4,75-ə çatıb.

Qeyd edək ki, XVII turda "Qəbələ" evdə "Sumqayıt"ı, "Zirə" "Neftçi"ni, "Qarabağ" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. "Sabah" - "Keşlə" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 954
Baxılıb: 17
Əlavə edilib:
Redaktə edilib: 26-02-2021
Bitmə tarixi: 26-02-2022
Kateqoriyalar: İdman