Əməkdar artist Pərviz Bağırov beyin infarktı keçirib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Əməkdar artist Pərviz Bağırov beyin infarktı keçirib

[Press-RSS] Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə aldığını deyib: “Pərviz Bağırov beyin infarktı keçirib. Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var. Xəstə qəbul olunanda vəziyyəti çox ağır idi. Hazırda stabil ağır olaraq qalır. Huşu aydın olsa da, ünsiyyətində problem var, sağ tərəfi işləmir”.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1147
Baxılıb: 83
Əlavə edilib:
Redaktə edilib: 03-03-2021
Bitmə tarixi: 03-03-2022
Kateqoriyalar: İncəsənət