Benksinin şəkli yandırıldı və rəqəmsal aktivə çevrildi

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Benksinin şəkli yandırıldı və rəqəmsal aktivə çevrildi

“Injective Protocol” blokçeyn şirkəti küçə rəssamı Benksinin “Morons” rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə CBS məlumat verib.

Rəssamın özünün yaratdığı “Pest Control” agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

“Morons” rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun “Günəbaxanlar” tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarının bir parçasının “altırəqəmli məbləğə” satıldığı bildirilmişdi.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1212
Baxılıb: 18
Əlavə edilib:
Redaktə edilib: 06-03-2021
Bitmə tarixi: 06-03-2022
Kateqoriyalar: İncəsənət