Xalq artisti Ramiz Məmmədov dəfn olundu

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Xalq artisti Ramiz Məmmədov dəfn olundu

Xalq artisti Ramiz Məmmədov dəfn olunub.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov dünən günorta saatlarında vəfat edib.

R. Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb.

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

O, 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1461
Baxılıb: 24
Əlavə edilib:
Redaktə edilib: 22-03-2021
Bitmə tarixi: 22-03-2022
Kateqoriyalar: İncəsənət