Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bakıda Hərbi Qənimətlər Parkı yaradılır - VİDEO

[Press-RSS] Bakıda Hərbi Qənimətlər Parkı yaradılır.

Park paytaxtın Xətai rayonu ərazisində yerləşir.

Geniş ərazini əhatə edən parkda tikinti işləri davam etdirilir.

Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.

Artıq inşa edilən parkın ərazisinə hərbi qənimətlərin bir qismi gətirilib. Burada “Qrad”lar, tanklar, toplar, hərbi avtomobillər və digər hərbi texnikalar var.

Park tam hazır olduqdan sonra isə ərazidə hərbi qənimətlər nümayiş etdiriləcək.

Qeyd edək ki, ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunan Zəfər paradı keçirilib. Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunub.

Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Parkın iş rejimi aşağıdaki kimidir:
- çərşənbə axşamı – bazar: saat 10:00 – 19:00;
- kassanın iş vaxtı: saat 10:00 – 18:00;
- bazar ertəsi: istirahat günü.


Hərbi qənimətlər parkı ünvan - Herbi qenimetler parki unvan


Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Video

Məlumatlar

Məlumat ID-si: 221
Baxılıb: 523
Əlavə edilib:
Redaktə edilib: 05-02-2021
Bitmə tarixi: 05-02-2022
Kateqoriyalar: İnfrastruktur