Qarabağda ilk "Ağıllı kənd" necə olacaq? - VİDEO

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Qarabağda ilk "Ağıllı kənd" necə olacaq? - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün Zəngilana etdiyi səfər zamanı rayonun Ağalı kəndində ilk "Ağıllı kənd" layihəsinin təməlqoyma mərasimində iştirak edib.

"Report" xatırladır ki, layihəni dövlət başçısına kənd təsərrüfatı naziri İnam Kərimov təqdim edib.

“Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Video

Məlumatlar

Məlumat ID-si: 2142
Baxılıb: 35
Əlavə edilib:
Redaktə edilib: 28-04-2021
Bitmə tarixi: 28-04-2022
Kateqoriyalar: İnfrastruktur