Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Manatın məzənnəsi ilə bağlı mühüm açıqlama

“Türkiyə lirəsi yenidən dəyərdən düşür. Hazırda 1 dollar 8,4 lirə səviyyəsində qərarlaşıb. Bu dəyişikliklərin Azərbaycan manatına təsir etməyəcəyi ilə bağlı Mərkəzi Bank sədrinin açıqlaması mövcud narahatlıqdan qaynaqlanır. O bunu neftin qiyməti ilə əsaslandırmaqla yenə də Azərbaycan iqtisadiyyatının xarici bazarlardan və şoklardan asılılığını etiraf edib”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

“Nefti qiymətinə gəlincə, ona artırıcı təsir göstərən Suveyş kanalında 1 həftədir ki, tıxanan Ever Given gəmisi dünən hərəkətə gəlib, artıq kanal normal fəaliyyətə qayıdır. Təbii ki, bu neft qiymətlərini az da olsa, ucuzlaşdıracaq. Digər tərəfdən də martın 31-də və aprelin 1-də OPEK çərçivəsində təşkil olunan müzakirələrdə gözlənilən qərarlar da neftin qiymətlərinə təsirsiz ötüşməyəcək” – Q.İbadoğlu qeyd edib.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) pravda.az/news/41873

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1572
Baxılıb: 16
Əlavə edilib:
Redaktə edilib: 31-03-2021
Bitmə tarixi: 31-03-2022
Kateqoriyalar: İqtisadiyyat