İŞ INSANIN CÖVHƏRIDIR - İnşa - məqalə

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

İŞ INSANIN CÖVHƏRIDIR - İnşa - məqalə

Əmək insan həyatının, onun sağlamlığının və firavan yaşayışının birinci və əsas şərtidir. Xoşbəxtliyin, bəxt yarlığın açarı zəhmətdən, alın tərindədir. Səadətə, xoş günlərə gedən yol yalnız əmək cəbhəsindən keçir. Əmək insanı ucaldır, onu şöhrətləndirir

Bəziləri əmək, zəhmət dedikdə, elə fikirləşirlər ki, bu yalnız fiziki işdir, fəhlə və ya kəndli əməyidir. Lakin zehni işlə məşğul olan tədqiqatçılarımızı, elmin yüksək zirvələrini fəth edən alimlərimizi, bədii yaradıcılıq sahəsində çalışan şair və yazıçılarımızı, rəssam və bəstəkarlarımızı və başqalarını da unutmaq olmaz.

“İş insanın cövhəridir”, “İşləməyən dişləməz”, “Əmək xoşbəxtliyin açarıdır” və s. kimi hikmətli kəlamlar çox maraqlı xalq deyimləridir. Dahi şairimiz Nizmi Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsvir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin “Sirlər xəzinəsi” poemasındakı “Kərpickəsən kişinin dastanı” hekayəti çox maraqlıdır. Burada göstərilir ki, Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocanın yanına gələrək bir qarın çörək üçün belə bir ağır zəhmət tələb edən işlə məşğul olmamasını ona məsləhət bilir.

Qocanın haqlı və ədalətli sözləri gəncə çox böyük təsir göstərir və o, hərəkətindən peşman olaraq üzr istəyərək çıxır gedir.

Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Nizami həyatın mənasını zəhmətdə görür və göstərir ki, insan gərək əməyi sevsin və bununla da ən fəal insanların cərgəsinə daxil olsun. Zəhmətə alışmış hər kəs həyatın da əsl mənasını və gözəlliyini dərk edə bilər.

Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. Ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır. Bu adamların hamısı öz əməkləri ilə ucalmış, cəmiyyətimizin adlı-sanlı adamlarına çevrilmişlər. Mən əminəm ki, vətənimiz həmişə şərəfli əməklə ucalacaq, tərəqqi edəcəkdir.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 41
Baxılıb: 1173
Əlavə edilib:
Redaktə edilib: 22-01-2021
Bitmə tarixi: 22-01-2022
Kateqoriyalar: İş