“Unibank”ın səhmdarları toplanacaq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

“Unibank”ın səhmdarları toplanacaq

Cari ilin mart ayının 19-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində “Zoom” proqramı vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə bankın ötən il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, eləcə də "Unibank"a kənar auditor təyin olunması məsələləri daxildir.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 643
Baxılıb: 11
Əlavə edilib:
Redaktə edilib: 19-02-2021
Bitmə tarixi: 19-02-2022
Kateqoriyalar: Maliyyə