"18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük"

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

"18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük"

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”.

Bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu, elmi rəqəmlərdir: “Biz əvvəlcə əhalimizin 10 faizini vaksinasiya ilə əhatə edən müqaviləni GAVİ təşkilatı ilə bağlamışdıq. Sonra əhalimizin daha 10 faizini əhatə edə biləcək 4 milyon doza vaksini Türkiyə vasitəsilə Çindən almaqla bağlı müqavilə imzaladıq. Hazırda bu proses gedir. Bu gün yeni 5 milyon dozalıq müqaviləyə əsasən, Azərbaycana Çindən 500 min doza “Coronovac” peyvəndi gətirildi. Bununla da Çindən alacağımız vaksinlərin sayı 9 milyon doza olacaq. Bundan başqa GAVI-dən gələnlər də olacaq. "Sputnik V" vaksinin isə nə vaxt gələcəyi hələ bilinmir”.

Onun sözlərinə görə, ölkəyə gətirilməsi gözlənilən vaksin dozasının sayı 16 milyondan çoxdur: “Əhalimiz 10 milyondur, amma hər adama iki doza vaksin vurulur. 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük”

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1603
Baxılıb: 23
Əlavə edilib:
Redaktə edilib: 01-04-2021
Bitmə tarixi: 01-04-2022
Kateqoriyalar: Pandemiya