Beynimizi sakitləşdirəcək metodlar

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

Beynimizi sakitləşdirəcək metodlar

Müasir dünyamızda biz nadir hallarda dincəlmək və zehni olaraq istirahət etmək üçün vaxt tapırıq. 24 saatlıq həyatımızın 8 saat və daha çox hissəsini işləyirik. Belə olan halda daima yüklənmiş beynimiz gərəksız məlumatlarla hər cür qovluq və proqramla dolu tıxanmış kompüter kimidi. Bir çoxumuz evdəyik, bəzilərimiz də işdən gəlir. Hər iki halda ya əlimizə telefonu alır ya televizor və ya kompüter monitoru qarşısında oluruq. Və bu vəziyyətimizi maksimum istirahət etmək metodumuz kimi düşünməklə özümüzə bəraət də vermiş oluruq. Əslində isə bütün texnikadan uzaq, hərdən düşüncənizlə tək qalmaq gözəldir! Sonrakı halımız başımızı dolduran hər cür fikirlərdən qurtulmalı və onları özümüzdən uzaqlaşdırmalıyıq.

İndi isə rahat bir mövqe tapın, gözlərinizi bağlayın. Bunu etmək üçün mümkün qədər rahatlanmalısınız. Bütün problemlərinizi, narahatlıqlarınızı - iş, ev, ailəniz, sosial -iqtisadi qayğılarınızı, keçmişiniz və gələcək haqqında düşüncələrinizi unudun.

Yalnız sən varsan. Gərginliyi özünüzdən uzaqlaşdırın, rahatlanın, gözləriniz yumulu halda İndi yavaş-yavaş nəfəs alın: Daha çox istirahət etməli, nəfəs almalı və dincəlməli, nəfəs alıb istirahət etməlisiniz. Bunu bir neçə dəfə edin. Özünüzü rahat və kamfortlu hiss edirsiniz. Düşüncələr başınıza girməyə çalışırsa, kənarlaşdırın, sanki bu fikirlər sizin deyil kimi onlara yan tərəfdən baxın. Beyninizə yüklənmiş sıxılan gərginliyiniz tədricən azalır, daxilinizdə bir yüngüllük duyursunuz, ayaqlarınız yerdən üzülür, ruhunuza xoş bir xəfiflik çökür. Bunu vaxtaşırı təkrarlayın. Bu cür istirahət həyatınıza yeni və şəffaf bir beyin gətirəcəkdi.

İskəndərova Yeganə

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 101
Baxılıb: 45
Əlavə edilib:
Redaktə edilib: 28-01-2021
Bitmə tarixi: 28-01-2022
Kateqoriyalar: Psixologiya