Azərbaycan Prezidenti iranlı jurnalistə qərəzli sualına görə irad bildirib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Azərbaycan Prezidenti iranlı jurnalistə qərəzli sualına görə irad bildirib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında iranlı jurnalistə irad bildirib.

APA-nın məlumatına görə, İranın “Mehr” xəbər agentliyinin əməkdaşı İkinci Qarabağ müharibəsi zamanı regionda terrorçu qrupların mövcudluğu barədə məlumatların olduğunu, bunun region üçün təhlükə törətdiyini, Azərbaycan tərəfindən bununla bağlı hansı tədbirlə götürüldüyünü soruşub.

Prezident İlham Əliyev jurnalistin terror qrupları deyərkən hansı məlumatlara və mənbələrə istinad etdiyini sual edib.

Jurnalist müxtəlif xəbər agentliklərinin bu barədə məlumatlar yaydığını bildirdikdə dövlət başçısı sualın ittiham formasında olduğunu deyib, məlumat verərkən mənbəyə istinadın zəruriliyini qeyd edib. İranlı jurnalist sualı verərkən hansı mənbənin məlumatına əsaslandığını söyləyə bilməyib, fakt və arqumentlər gətirməkdə aciz qalaraq çətin vəziyyət düşüb.

Azərbaycan Prezidenti isə qeyd edib ki, deyilən sözün, ittihamın arxasında durmaq lazımdır. Xəbərin hansı mənbələrə məxsus olduğunu soruşan Prezidentin tələbi qarşısında çıxılmaz duruma düşən jurnalist digər sualına keçid edilməsini istəyib.

Dövlət başçısının sözlərinə görə, elə bir hesabat, məlumat, heç bir dəlil sübut yoxdur ki, hər hansı terror qrupları müharibədə Azərbaycan tərəfindən iştirak edib edib, bu, uydurulmuş məlumatdır.

“Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə sual verir. Adətən belə suallar digər ölkələrdən olur. Azadedilmə əməliyyatda heç bir terrorçu iştirak etməyib, bunu bizim ordumuz edib", - deyə İlham Əliyev vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, belə məlumatları yaymaqda məqsəd Azərbaycanı ittiham etməkdir. O bildirib ki, Ermənistanın bunu etməsi anlaşılandır, çünki ermənilər üçün bəhanə xarakteri daşıyır. Ermənilər üçün ağrılı məslədir ki, onları Azərbaycan əsgərinin məğlub etdiyini etiraf etsinlər: “Onlar təbii ki, deyə bilər ki, bunu terrorçular edib. Kimsə görüb o terrorçuları? Siz və sizin həmkarlarınız bizə bir ad belə verə bilərsiniz? Ona görə Sizə tövsiyəm olardı ki, spekulaysiylarla məşğul olmayasınız. Xanım olaraq dost ölkədən gəlmisiniz, çox da dərinə getmək istəmirəm. Ona görə xahiş edirəm ki, sualınızda daha məsuliyyətli olun”.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1021
Baxılıb: 33
Əlavə edilib:
Redaktə edilib: 26-02-2021
Bitmə tarixi: 26-02-2022
Kateqoriyalar: Siyasət