Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında Pasxa bayramı münasibətilə Azərbaycandakı xristian icmasına təbrik paylaşımı edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!"

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) news.milli.az/politics/944864.html

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2198
Baxılıb: 17
Əlavə edilib:
Redaktə edilib: 01-05-2021
Bitmə tarixi: 01-05-2022
Kateqoriyalar: Siyasət