Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib - FOTO - YENİLƏNİB

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Ceyhun Bayramov və Lavrov arasında ikitərəfli görüş keçirilib - FOTO - YENİLƏNİB

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib.

Rusiya Xarici işlər Nazirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, iki ölkənin XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının həyata keçirilməsinin gedişatını, xüsusilə Dağlıq Qarabağdakı humanitar tapşırıqların həllinə dair məsələləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpa olunmasını müzakirə ediblər.

Bundan başqa, ikitərəfli münasbətlərə dair, o cümlədən, yüksək səviyyəli təmaslar, eləcə də iki dövlət arasında diplomatik münaisbətlərin qurulmasının 30 illiyinin 2022-ci ildə qeyd olunmasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.

Beynəlxalq gündəmdə duran və qarşılıqlı maraq doğuran bir sıra mövzulara toxunulub.

Azərbaycan Xarici İşlər Nazirliyi də nazir Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşünə dair məlumat yayıb.

XİN-in Mətbuat xidməti idarəsindən APA-ya bildirilib ki, aprelin 1-də MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan nazir Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü keçirilib.

Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mövcud olan dialoqunun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

18:16

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilir.

Qeyd edək ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Moskvaya səfərə gəlib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rusiyalı nazirin azərbaycanlı və erməni həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyini açıqlayıb. Onun sözlərinə görə, görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri, Dağlıq Qarabağdakı vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin gedişatının müzakirəsi planlaşdırılır.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1624
Baxılıb: 29
Əlavə edilib:
Redaktə edilib: 02-04-2021
Bitmə tarixi: 02-04-2022
Kateqoriyalar: Siyasət