İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, İ. Qaribaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, o, Baş nazir Əli Əsədov, parlamentin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticari, mədəni və humanitar sahələrə dair müzakirələrin aparılacağı bildirilib.

İ. Qaribaşvilinin Azərbaycana səfəri bu gün başa çatacaq. Baş naziri rəsmi səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir. D. Zalkalianini azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək görüş keçirəcəyi bildirilib.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2231
Baxılıb: 20
Əlavə edilib:
Redaktə edilib: 05-05-2021
Bitmə tarixi: 05-05-2022
Kateqoriyalar: Siyasət