Baloğlan Əşrəfov Masallıda dəfn edilib

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Baloğlan Əşrəfov Masallıda dəfn edilib

Əməkdar artist Baloğlan Əşrəfov son mənzilə yola salınıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, mərhum doğulduğu Masallı rayonunun Bədalan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, COViD-19-a yoluxan B.Əşrəfov ötən gün evində dünyasını dəyişib.

Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirib.

1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi “Turac təranələri” radio olimpiadasının qalibi olub.

1974-cü ildə keçirilən “Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı”nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar edib. Dünyanın bir sıra ölkələrində – Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib.

2007-ci ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2129
Baxılıb: 14
Əlavə edilib:
Redaktə edilib: 27-04-2021
Bitmə tarixi: 27-04-2022
Kateqoriyalar: Şou-biznes