"Təki böyük, bağışlanmaz yanlışların olmasın"

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

"Təki böyük, bağışlanmaz yanlışların olmasın"

[Press-DDD] Müğənni Aynur Dadaşova "Zaurla Günaydın" verlişində qonaq olub. Aparıcı Zaur Baxşəliyev ona sənət fəaliyyətini dayandırıb sonra yenidən qayıtmağın bir sənətçiyə ziyanı olduğunu söyləyib.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, A.Dadaşova uzun illərdən sonra səhnəyə döndüyü zaman dinləyicilərin onu hələ də sevdiyini xüsusi vurğulayıb:

"Əsas tamaşaçıların sevgisidir, onu qazanmaqdır. Mən qayıdanda gördüm ki, onlar hələ də məni sevirlər. Ona görə dinləyicilərimə minnətdaram. Lakin bu fasilə də lazım idi".

Z.Baxşəliyev isə Aynur xanıma "Sən onların gözünün önündə böyümüşdün. Həm də Zeynəb Xanlarovanın repertuarına müraciət edəndə daha da sevildin. Az yaşından səhnədə olduğun üçün səni balaları kimi də görürdülər. Belə olduğu halda xalq sənətçinin səhvini bağışlayır. Bir yanlış sözünü və sair nöqsanını əfv edir. Təki daha böyük, bağışlanmaz yanlışların olmasın".

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) news.milli.az/showbiz/942756.html

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 2070
Baxılıb: 24
Əlavə edilib:
Redaktə edilib: 24-04-2021
Bitmə tarixi: 24-04-2022
Kateqoriyalar: Şou-biznes