Emin Əmrullayev "Ali təhsil haqqında” yeni qanunla bağlı əsas tələbləri açıqlayıb

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Emin Əmrullayev "Ali təhsil haqqında” yeni qanunla bağlı əsas tələbləri açıqlayıb

"Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün ali təhsil müəssisələrindən alınan təklifər Təhsil Nazirliyində müzakirə edilib. Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və təhsil komitəsi arasında yeni qanun layihəsinin hazırlanması istiqamətində davamlı müzakirələr aparılmaqdadır".

"Report"un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Milli Məclis” jurnalına müsahibəsində deyib.

"Hesab edirik ki, hazırlanacaq qanun ali təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, digər təhsil pillələri ilə çevik əlaqələndirilməsi, ömür boyu təhsili təmin etməsi, tələbəyönümlü tədrisin təşkili, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üzrə ən müasir konsepsiyaları özündə ehtiva etməlidir", - nazir bildirib.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 735
Baxılıb: 20
Əlavə edilib:
Redaktə edilib: 22-02-2021
Bitmə tarixi: 22-02-2022
Kateqoriyalar: Təhsil