Nazirlik direktorların işə qəbulu ilə bağlı məlumat yaydı + TƏLİMAT

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Nazirlik direktorların işə qəbulu ilə bağlı məlumat yaydı + TƏLİMAT

Bu ilin 6-7 mart tarixlərində direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi sanitar-epidemioloji tələblərə uyğun olaraq 25 imtahan mərkəzində həyata keçiriləcək.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, namizədlərdən imtahana şəxsi səhifədə qeyd olunan vaxtdan 1 saat tez gəlmək, şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirmək tələb olunur. Namizədlər müvafiq linkə daxil olaraq imtahan təlimatı ilə tanış ola bilərlər: TƏLİMAT

Imtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq. 
Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1176
Baxılıb: 53
Əlavə edilib:
Redaktə edilib: 03-03-2021
Bitmə tarixi: 03-03-2022
Kateqoriyalar: Təhsil