UNEC: Emerald bazası oxucular üçün açıq olacaq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

UNEC: Emerald bazası oxucular üçün açıq olacaq

Xarici dillərdə kitab, jurnal, məqalə və sair ilə zəngin Emerald bazası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) oxucuları üçün aprelin 3-dək açıq olacaq.

Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, bazada maliyyə, biznes və menecment, insan resursları, kitabxana, marketinq, turizm və otelçilik sahələri ilə bağlı 7 e-kitab kolleksiyası, 213 jurnal, 10400-dən çox elmi məqalə mövcuddur. Oxucular öz email və parolları ilə bazada istifadəçi kabineti yaradaraq kitabları onlayn oxumaqla yanaşı, müəyyən səhifələri, fəsilləri, eyni zamanda məqalələri yükləyə biləcəklər. Bazadan istifadə ilə bağlı bütün məlumatlar şəxsi kabinetlərə göndərilib.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1243
Baxılıb: 31
Əlavə edilib:
Redaktə edilib: 06-03-2021
Bitmə tarixi: 06-03-2022
Kateqoriyalar: Təhsil