VÜQAR BAYRAMOV: "Azərbaycanda rəqəmsal savadlılıq artıb"

QeydlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

VÜQAR BAYRAMOV: "Azərbaycanda rəqəmsal savadlılıq artıb"

Bəzi mütəxəssislərin proqnozlarına görə, yeni texnologiyaların, startapların, süni intellektin tətbiqi genişləndikcə, daha çox fəaliyyət sahələri itiriləcək. Eyni zamanda, rəqəmsal savadsızlıqla bağlı işsizlik yaranacaq. Maraqlıdır ki, Azərbaycanda rəqəmsal sahələrin inkişafına dair görülən tədbirlərdə rəqəmsal savadsızlıqla bağlı mübarizə formaları necə aparılır? Azərbaycanda yaxın illərdə rəqəmsal savadsızlıq işsizliyə səbəb ola bilərmi?

Bunun bağlı TED.az-a danışan Millət vəkili Vüqar Bayramov bildirib ki, Azərbaycanda rəqəmsal maarifləndirmənin gücləndirilməsi ilə bağlı son illərdə sistemli fəaliyyətlər həyata keçirilir: “IV Sənaye inqlabı ilə bağlı xüsusi mərkəzin yaradılmasında da başlıca məqsəd, rəqəmsal iqtisadiyyatın inkişafı, IV sənaye inqlabının prinsiplərinə uyğun olaraq fəaliyyətlərin həyata keçirilməsi, innovativ layihələrin daha yaxından dəstəklənməsidir. Eyni zamanda, iqtisadi maliyyə və rəqəmsal savadlılığın artırlmasına nail olmaqdır”.

Vüqar Bayramov qeyd edib ki, son dövrlərdə Azərbaycanda rəqəmsal savadlılığın artması müşahidə olunur: “Buna nümunə olaraq, mobil tətbiqlərin istifadə dairəsinin genişlənməsini göstərmək olar. Ölkənin bəzi yerli qurumlarının xidmətlərinin mobil tətbiqlər vasitəsilə təklif olunması da rəqəmsal savadlılığı birbaşa təsir göstərir. Rəqəmsal savadlılığın dəstəklənməsi, gücləndirilməsi prioritetdir. Mövcud çağırışlara uyğun olaraq bu prosesin növbəti dövrlərdə də davam etdiriləcəyi gözlənilir”.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 650
Baxılıb: 19
Əlavə edilib:
Redaktə edilib: 19-02-2021
Bitmə tarixi: 19-02-2022
Kateqoriyalar: Texnologiya