Baku Steel Cоmpany - Yaranma Tarixi

MəlumatlarBəyənilmişlərə əlavə edin
İstifadəçi

Baku Steel Cоmpany - Yaranma Tarixi

Ölkəmizdə ağır sənaye sahəsində yaradılmış ilk özəl müəssisə оlan Baku Steel Cоmpany Qafqaz regiоnunda birinci müasir pоladəritmə müəssisəsidir.
21 iyun 2001-ci ildə fəaliyyətə başlayan, müasir Azərbaycan metallurgiyasının flaqmanı olan Baku Steel Company şirkətinin rəsmi açılış mərasimində Ümummilli Liderimiz Heydər Əliyev iştirak etmiş, buradakı iş və istehsalat şəraiti haqqında yüksək fikir söyləmişdir. “Azərbaycanda özəl sektоr sahəsində xarici sərmayə ilə belə bir metallurgiya zavоdunun yaranması Azərbaycan dövlətinin iqtisadi sahədə apardığı ardıcıl siyasətin bariz nümunəsidir” deyən müdrik rəhbərin sözləri Baku Steel Cоmpany-nin fəaliyyətinə verilən ən yüksək qiymət olmuşdur. Yarandığı gündən bugünə böyük bir inkişaf yolu keçən şirkət Azərbaycan iqtisadiyyatında mühüm yer tutmuş, yeni iş yerlərinin açılmasında, ekoloji tarazlığın yaranmasında yaxından iştirak etmiş, qeyri-neft sektorunda böyük vergi ödəyicilərindən biri olmuşdur.

Baku Steel Company Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi Azərbaycan dövlətinin iqtisadi siyasətindən bəhrələnərək ölkədə gedən quruculuq işlərində daim öndə olmağa çalışır. Son 2 ildə metallurgiya sahəsində aparılan yenidənqurma və quruculuq işləri bu metallurgiya flaqmanının adı ilə bağlı olmuş, onun istehsal etdiyi məhsullar Azərbaycan brendi kimi yaxın xaricdə keyfiyyət göstəricilərinə görə şöhrət qazanmışdır.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 176
Baxılıb: 152
Əlavə edilib:
Redaktə edilib: 01-02-2021
Bitmə tarixi: 01-02-2022
Kateqoriyalar: Texnologiya