5G-nin sağlamlığımıza təsiri və onun haqqında olan miflər

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

5G-nin sağlamlığımıza təsiri və onun haqqında olan miflər

Son onilliklərdə, elektromaqnit sahələrindən istifadə edərək mobil telefon və simsiz internet (Wi-Fi) üçün istifadə olunan simsiz rabitənin də daxil olduğu, informasiya və rabitə texnologiyaları (İKT) kimi təsnif edilən texnologiyaların misilsiz inkişafı baş verdi. İlk nəsil cib telefonları 1980-ci illərin sonlarında bir neçə ölkədə fərdi müştərilər üçün mövcud idi. Sonradan ikinci (2G), üçüncü (3G) və dördüncü (4G, uzun müddətli təkamül (LTE)) nəsillər cəmiyyətdə nüfuz dərəcələrini kəskin şəkildə artırdılar. Hazırda yeni nəsil 5G mobil şəbəkəsi təqdim edilməyə başlanılıb. Əhəmiyyətli olan isə odur ki, 5G yeni bir texnologiya deyil, artıq mövcud olan 1G-dən 4G-ə qədər texnologiyalardan təkamül etmişdir. 5G-nin 4G-dən 100 qat daha sürətli olacağı və yeni texnologiyaların çiçəklənməsinə imkan verəcəyi proqnozlaşdırılır. Əvvəla, insanlara sürətli bir internet bağlantısı lazımdır və 5G onu təmin edə bilər. Buna görə, beşinci nəsil rabitəni dəstəkləyənlərin sayı getdikcə daha da çoxalır. Olduqca böyük mübahisələrə və hətta etirazlara baxmayaraq 5G-nin qlobal əhatə dairəsi genişlənməyə davam edir. Ancaq böyük vədlərə baxmayaraq, 5G-nin sağlamlığa potensial təsiri ilə əlaqədar narahatlıqlar da artır.

5G haqqında artıq miflər də yaranmağa başlayıb, bir neçə mifi nəzərdən keçirək.

1-ci mif: 5G-nin yaydığı radiasiya DNT-yə zərər verir
Həqiqət isə ondan ibarətdir ki, ionlaşdırıcı şüalanma, xüsusən rentgen və qamma şüaları DNT-yə zərər verə bilər – bu artıq sübut edilmişdir. Lakin, 5G şəbəkələrinin aşağı tezlikli ionlaşmayan radio dalğalarından istifadə etdikləri üçün bununla əlaqəsi yoxdur. Qeyd edək ki, bəzi ionlaşmayan dalğalar da olduqca təhlükəli ola bilər, lakin 5G-nin yaydığı radiasiya, məsələn, mikrodalğalı sobanın yaratdığı radiasiyadan qat-qat aşağıdır.
Bu mifi dəstəkləmək üçün, 5G radiasiyasının DNT-yə zərər verə biləcəyini iddia edən müxtəlif tədqiqatlar bir nümunə kimi göstərilmişdir, lakin onlardan birini söyləməzdən əvvəl bu xüsusi araşdırmanın digər elmi mənbələr tərəfindən təkzib olunmadığını yoxlamaq lazımdır.

2-ci mif: 5G şüalanması oksidləşdirici stressə (oksidləşmə səbəbindən hüceyrə zədələnməsi) səbəb olur, hüceyrə mübadiləsini pozur, melatonin istehsalını azaldır və hətta əhval, narahatlıq və depressiyaya təsir edə bilir
Həqiqət isə ondan ibarətdir ki, keçmişdə minlərlə araşdırma bu təsirlərin aşağı səviyyəli radiotezlikli radiasiyasının səbəb ola biləcəyi qənaətinə gəlmişdir. Ancaq heç bir ciddi müasir tədqiqat bunu sübut edə bilməyib. Aydındır ki, problemlər hər zaman var, buna görə də ətrafımızdakı potensial təhlükələrdən xəbərdar olmaq həmişə faydalıdır.

3-cü mif: 5G şəbəkələri elektromaqnit çirkliliyi yaradır
Həqiqətdə isə, elektrik xətlərinin çoxu və hətta elektrikli avtomobillər uzun müddətdir ki, bu cür çirklənmə əmələ gətirir. Beləliklə, yeni nəsil şəbəkələrin geniş ərazilərə çatıb və real dünya sınaqlarından keçməzdən əvvəl, sui-qəsd nəzəriyyəçiləri bu cür çirklənməni xeyli müddətdir ki, qəbul edildiyi ilə razılaşmalı olacaqlar.

4-cü mif: 5G-nin qəbul edilən təhlükələri ilə əlaqədar bəzi nəşrlər, texnologiyanın müxtəlif dəri vəziyyətlərinə, görmə qabiliyyətlərinə, nevroloji problemlərə və yuxu pozğunluqlarına səbəb olduğunu iddia edirlər
Həqiqətdə isə, hələlik bu məsələ ilə bağlı real elmi araşdırma yoxdur, amma başqa bir məntiqi sual yaranır: şirkətlər sizi uzunmüddətli perspektivdə istifadə etmək imkanından məhrum etdikləri halda niyə xidmətlərini (aylıq ödənilir) satmalıdırlar?

5-ci mif: 5G radiasiya xərçəngə səbəb olur
Həqiqət isə ondan ibarətdir ki, millimetr dalğa spektrı (mmWave) diapazonunu dəstəkləyən qurğular mövcud simsiz internet (Wi-Fi), bulutuz (Bluetooth) və 4G LTE məhsulları ilə eyni təhlükəsizlik standartlarına cavab verir. Nəticələri 2015-ci ildə ictimaiyyətə təqdim edilən tədqiqat göstərdi ki, 60 GHz millimetr dalğa spektrı (mmWave) hər kvadrat metrə ən azı 50 vat güc verir. Elektrik və Elektron Mühəndisləri İnstitutunun (IEEE) standartlarında millimetr dalğa spektrı (mmWave) üçün göstərilən hədd 1°C olduğu halda dərini 0,8 °C qızdırır.

Həqiqətənmi 5G bizim sağlamlığımız üçün təhlükəlidir?
Həm cib telefonları, həm də telekommunikasiya antenləri, hansı nəsil şəbəkə üçün istifadə edilməsindən asılı olmayaraq, elektromaqnit şüaları yayırlar. Onlar tezlik spektrinin aşağı hissəsində olan ionlaşmayan radiasiya ilə xarakterizə olunur. Elektrik cihazlarının çoxu, mikrodalğalı sobalardan başlamış, elektrik xətlərinə qədər bu tip radiasiyanı yayırlar.

İsveçrənin cəmiyyətdə İnformasiya Texnologiyalarının Araşdırılması Fondunun (IT’IS) təsisçisi və direktoru, professor Kuster, radiasiyanın elektro hiper həssaslığı ilə əlaqəli simptomlara səbəb olmasına dair çox az elmi sübut olduğunu, lakin bir sıra böyük epidemioloji tədqiqatların qarışıq nəticələr göstərdiyini söylədi.

Heyvanlarda və ya laboratoriya hüceyrələrində bəzi tədqiqatlar radiasiyanın sağlamlığa müəyyən mənfi təsirlərini göstərdi. Bu nəticə Xərçəng üzrə Beynəlxalq Tədqiqatlar Agentliyinin elektromaqnit şüalanmasını insanlar üçün kanserogen kimi təsnif etməsinə səbəb oldu.

2011-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı, radiotezlik radiasiyasını mümkün kanserogen olaraq 2B qrupunda təsnif etdi. Sözsüz ki, 2B qrupuna daxil olan kanserogen siyahısına turşu və kofein kimi qidalar da daxildir…

Diqqəti çəkən son məqam rəsmi sənədlərin statistikasıdır, ona görə ABŞ-da bildirilən xərçəng hallarının sayı 2007-ci ildən bəri yavaş-yavaş azalır və 1990-cı illərin ilk yarısından bəri isə mobil abunəçilərin sayı durmadan artır. Elm adamları bu məsələni öyrənməyi və müşahidəni davam etdirməyi zəruri hesab edirlər. Ancaq tam qadağa ağılsız bir hərəkət olardı və texnoloji yeniliyi dayandırardı.

5G texnologiyası qlobal rabitə şəbəkəsi üçün irəliyə doğru böyük bir addımdır. Bunun sayəsində əvvəllər mümkün olmayan bir çox həllər – əşyaların interneti (IOT), ağıllı şəhər (smart city), virtual reallıq (VR) və genişləndirilmiş reallıq (AR) indi asanlıqla həyata keçirilə bilər. Digər tərəfdən, yeni rabitə standartının sağlamlığımıza təsiri çox maraqlı sual olaraq qalır. Ümid edirik ki, elm adamları bunun cavablarını yaxın aylarda və illərdə müxtəlif tədqiqatlar zamanı tapacaqlar.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 14
Baxılıb: 264
Əlavə edilib:
Redaktə edilib: 16-01-2021
Bitmə tarixi: 16-01-2022
Kateqoriyalar: Texnologiya