ŞAD XƏBƏR: Bu tibbi xidmətlər vətəndaşlar üçün PULSUZ OLACAQ

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

ŞAD XƏBƏR: Bu tibbi xidmətlər vətəndaşlar üçün PULSUZ OLACAQ

İcbari tibbi sığorta zərfinə əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq.

Sonxeber.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Vüqar Qurbanov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xidmətlər zərfinə kardioloji və neyroloji xidmətlər əlavə edilib. Buraya açıq və qapalı ürək əməliyyatları, invaziv radiologiya xidmətləri daxildir.

V.Qurbanov əlavə edib ki, ötən il agentlik tərəfindən 2500-ə yaxın tibbi xidmət əhatə olunub. Bu sayın 3000-ə qədər artırılması nəzərdə tutulur.

Departament rəsmisi qeyd edib ki, vətəndaşlar xidmətlər zərfinə aid olan xidmətlərin heç birinə görə ödəniş etməyəcək. Bunun üçün vətəndaşların icbari tibbi sığorta haqqı ödəməsi kifayətdir.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 196
Baxılıb: 20
Əlavə edilib:
Redaktə edilib: 04-02-2021
Bitmə tarixi: 04-02-2022
Kateqoriyalar: Tibb və Sağlamlıq