ATAA ilə ATBA daxili turizmin bərpası və inkişafı üçün əməkdaşlığı genişləndirir

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

ATAA ilə ATBA daxili turizmin bərpası və inkişafı üçün əməkdaşlığı genişləndirir

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyası (ATBA) arasında post pandemiya dövründə daxili turizmin bərpası və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə işgüzar görüş keçirilib.

ATAA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində paytaxtda və regionlarda mövcud olan turizm istiqamətlərinin və turizm məhsullarının tanıdılması, keyfiyyətli turizm fəaliyyətinin qurulması və ictimai birliklər arasında qarşılıqlı iş birliyinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Regionların turizm potensialının üzə çıxarılmasında blogerlərin rolunu yüksək qiymətləndirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, turizm şirkətləri ilə blogerlərin birgə fəaliyyətinin ölkə turizminin inkişafı və təbliği, eləcə də yeni məhsulların və istiqamətlərin yaradılması baxımından müsbət dəyişikliklər yarada biləcəyini deyib.

Görüşdə çıxış edən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib, dünya turizminə böyük zərbə vuran COVID-19 pandemiyası səbəbindən digər turizm subyektləri kimi blogerlərin də uzun müddət fəaliyyət göstərmədiyini diqqətə çatdırıb.

Assosiasiyanın postpandemiya dövründə ATAA ilə birgə əməkdaşlıq edərək ölkə turizminin bərpasında yaxından iştirak etməkdə maraqlı olduğunu deyən Azər Qərib, daxili turizmin təbliği baxımından blogerlərin fəaliyyətinin yenidən bərpa olunmasının vacibliyini bildirib.

Görüş çərçivəsində hər iki assosiasiya arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dair anlaşma sazişi imzalanıb.

Xəbərlər:

Aid olduğu ölkə

Azərbaycan

Məlumatlar

Məlumat ID-si: 1178
Baxılıb: 22
Əlavə edilib:
Redaktə edilib: 03-03-2021
Bitmə tarixi: 03-03-2022
Kateqoriyalar: Turizm