Kraliçanın əri niyə Şahzadə adlanırdı?

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

Kraliçanın əri niyə Şahzadə adlanırdı?

Edinburq Hersoqu, Kraliça II Yelizavetanın əri İngiltərə Şahzadəsi Filip aprelin 9-u 99 yaşında vəfat etdi.Bəs Yelizaveta kraliça olduğu halda niyə həyat yoldaşı Şahzadə adlanırdı?

Məsələ burasındadır ki, taxtın varisini və onun həyat yoldaşının hansı titulu daşıyacağını Britaniya Parlamentinin qanunu əsasında müəyyən edilir.

Varislik məsələsində qanun cinsiyyəti deyil, yalnız qan bağını əsas götürsə də, həyat yoldaşlarının titulu baxımından kişilərlə qadınlara fərqli yanaşır. 

Əgər varis kişidirsə onun həyat yoldaşı o, hansı titulu daşıyırsa ona uyğun eyni titulu alır.

Yox, varis qadındırsa onun həyat yoldaşı onunla eyni titulu ala bilmir.

Buna görə də, Britaniya kralı VI Corcun və kraliça Yelizavetanın qızı şahzadə Yelizaveta atasının ölümündən sonra 1952-ci ildə kraliça tutulu alan zaman həyat yoldaşı Filip kral adlandırılmır.

Digər maraqlı məqam budur ki, Filip özü Yunanıstan və Danimarka şahzadəsi olub və Yelizaveta ilə evlənmək üçün varislikdən və öz titulundan imtina edib. Ona yenidən şahzadə titulunu 1957- ci ildə həyat yoldaşı kraliça II Yelizaveta tərəfindən verilib.

© Aygün Səfərova

Xəbərlər:

Aid olduğu ölkə

Böyük Britaniya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1908
Baxılıb: 74
Əlavə edilib:
Redaktə edilib: 18-04-2021
Bitmə tarixi: 18-04-2022
Kateqoriyalar: Digər məqalələr