Danimarka Suriyalı qaçqınların yaşayış icazəsini ləğv edən ilk Avropa ölkəsi oldu

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Danimarka Suriyalı qaçqınların yaşayış icazəsini ləğv edən ilk Avropa ölkəsi oldu

Danimarka, müharibə şəraitində olan ölkənin bəzi bölgələrinin geri qayıtmaq üçün təhlükəsiz olduğunu israr edərək Suriyalı qaçqınların yaşayış icazələrini ləğv edən ilk Avropa ölkəsi oldu. 

Keçən yaydan bəri ən az 189 Suriyalı müvəqqəti yaşayış statusunun uzadılması üçün müraciətləri rədd edildi, Danimarkanın səlahiyyətli şəxsləri bu addımı Suriyanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin “xeyli yaxşılaşdığını” aşkar edən bir hesabatla əsaslandırırlar.

Əslən Dəməşq və ətraf bölgələrdən olan təxminən 500 nəfərin vəziyyəti yenidən dəyərləndirilir.

Məsələ, Nyborqdan olan 19 yaşlı Aya Abu-Daher, bu ayın əvvəlində ailəsinin işi ilə bağlı televiziya kanalında gözyaşlarını boğaraq, "nəyi səhv etdiyini" izləyicilərdən soruşması ilə görənləri təsirləndirərək geniş diqqət çəkib.

Danimarka Qaçqınlar Şurasının baş katibi Charlotte Slente (Şarlot Slente) , Danimarkanın Suriyalılar üçün yeni qaydalarının “ləyaqətsiz rəftar” olduğunu , Dəməşq bölgəsini və ya Suriyadakı hər hansı bir bölgəni qaçqınların qayıtması üçün etibarlı sayma qərarı ilə razılaşmadığını və bəzi bölgələrdə döyüşlərin olmaması insanların təhlükəsiz şəkildə geri dönə biləcəyi anlamına gəlmədiyini bildirib. "Nə BMT, nə də digər ölkələr Dəməşqi təhlükəsiz saymırlar"- deyə əlavə edib.

Xəbərlər:

Aid olduğu ölkə

Danimarka, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1823
Baxılıb: 17
Əlavə edilib:
Redaktə edilib: 15-04-2021
Bitmə tarixi: 15-04-2022
Kateqoriyalar: Cəmiyyət