Ermənistan parlamenti xüsusi iclasa toplanır

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Ermənistan parlamenti xüsusi iclasa toplanır

Ermənistan parlamenti yeni baş naziri seçmək üçün bu gün xüsusi iclas keçirəcək.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, müxalifətdəki Maariflənmiş Ermənistan və Çiçəklənən Ermənistan fraksiyaları artıq Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini açıqlayıblar. Deputatlar yeni hökumət başçısını seçə bilməsələr, parlament buraxılacaq.

Nikol Paşinyan özü artıq namizədliyini irəli sürüb və Vətəndaş Müqaviləsi partiyasından hökumət başçısı vəzifəsinə namizəd olacağını, hakim “Mənim addımım” blokunun səsverməyə qatılmayacağını açıqlayıb. Onun əsas rəqibi Ermənistanın ikinci prezidenti Robert Köçəryandır.

Baş nazir ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa verdiyini bildirib. Bundan sonra hökumət istefa verib.

Ermənistanda növbədənkənar parlament seçkilərinin iyunun 20-də keçirilməsi planlaşdırılır.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Ermənistan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 2211
Baxılıb: 10
Əlavə edilib:
Redaktə edilib: 03-05-2021
Bitmə tarixi: 03-05-2022
Kateqoriyalar: Siyasət