Hindistanda avtobus minaya düşüb: Beş nəfər həlak olub,yaralılar var

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Hindistanda avtobus minaya düşüb: Beş nəfər həlak olub,yaralılar var

Hindistanın Çhattisqarh ştatında polisləri daşıyan avtobus minaya düşüb.
“The Times of India” yerli hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, partlayış nəticəsində beş polis həlak olub, 15 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Qeyd olunur ki, minaya düşən polislər bölgədə həyata keçirilən antiterror əməliyyatında iştirak ediblər.

İlkin ehtimala görə, mina Hindistanda hökumət əleyhinə fəaliyyət göstərən Maoist silahlı qruplaşmasının silahlıları tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bu silahlı təşkilat 1960-cı ildən bəri Hindistanda müxtəlif terror hücumları həyata keçirib.

Xəbərlər:

Aid olduğu ölkə

Hindistan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1480
Baxılıb: 24
Əlavə edilib:
Redaktə edilib: 24-03-2021
Bitmə tarixi: 24-03-2022
Kateqoriyalar: Hadisə