Hindistan ikinci dalğada boğulur

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Hindistan ikinci dalğada boğulur

Hindistan paytaxtda səhiyyə sistemini iflic vəziyyətə salan virusa yoluxmanın rekord həddə çatmasıyla bir həftəlik karantin elan etdi.

Bazar ertesindən başlanan karantin zamanı dövlət idarələri və xəstəxanalar, apteklər və marketlər kimi zəruri xidmətlər açıq olacaq.

Şəhərdə bir həftəlik komendant saatı tətbiq edilsə də, bazar günü indiyədək 24 saat ərzində ən yüksək virusa yoluxma faktı qeydə alınıb -24, 462 nəfər.

Hindistan, aprel ayının əvvəlindən bəri ölümcül ikinci dalğadan əziyyət çəkir.

Delhinin Baş naziri Arvind Kecrival bazar ertəsi təşkil etdiyi mətbuat konfransında karantinin əleyhinə olsa da , amma bunun Delhidəki xəstəxanalarda çarpayı sayını artırmağa kömək edəcəyinə inandığını bildirib. O, eyni zamanda şəhərdəki miqrant işçilərə xitab edərək şəhəri tərk etməmələrini xahiş edib.

Keçən ilki karantin zamanı milyonlarla insanın işsiz qaldıqdan sonra evlərinə geri dönmüşdü.

"Bu, çətin bir qərar idi, amma başqa bir seçimimiz qalmamışdı, bilirəm ki, karantin dövründə günə muzd işçilər əziyyət çəkir və işlərini itirirlər. Ancaq onlara müraciət edirəm ki, Delhidən ayrılmayın, bu qısa bir karatindir və sizin qayğınıza qalacağıq. " - deyə Kecrival bildirib.

Tərcümə etdi: Aygün Səfərova

Mənbə: BBC News

Xüsusi məlumat

Aid olduğu ölkə

Hindistan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1921
Baxılıb: 34
Əlavə edilib:
Redaktə edilib: 19-04-2021
Bitmə tarixi: 19-04-2022
Kateqoriyalar: Pandemiya