İran İsraildən intiqam alacağını açıqladı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

İran İsraildən intiqam alacağını açıqladı

İran Xarici İşlər Naziri yeraltı nüvə sahəsinə edilən hücuma görə İsraildən intiqam alacağını bildirdi.

İran rəsmiləri, əvvəlcə, Natanz uran zənginləşdirmə zavodunda elektrik enerjisinin kəsildiyi barədə məlumat versə də, daha sonra bazar günü "nüvə terrorizmi"nin hədəfi olduğunu söyləyiblər.

Qeyd edək ki, zavodda uranı zənginləşdirmək üçün qabaqcıl sentrifuqalar yenicə işə salınmışdı.

İsrail məsələ ilə bağlı şərh verməsə də, ancaq ictimai radiosu kəşfiyyat mənbələrinə istinad edərək bunun bir Mossad kiber əməliyyatı olduğunu və İranın bildirdiyindən daha geniş ziyan vurduğunu söyləyib.

ABŞ kəşfiyyat rəsmiləri New York Times-a verdiyi açıqlamada, böyük bir partlayışın yeraltı qurğunun içindəki sentrifuqaları təmin edən müstəqil daxili güc sistemini tamamilə məhv etdiyini və orada zənginləşdirmənin yenidən başlanmasının ən azı doqquz ay çəkə biləcəyini qeyd ediblər.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

İran, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1776
Baxılıb: 17
Əlavə edilib:
Redaktə edilib: 12-04-2021
Bitmə tarixi: 12-04-2022
Kateqoriyalar: İnfrastruktur