İsraildə istənilən traktor sürücüsüz aparata çevrilə bilər

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

İsraildə istənilən traktor sürücüsüz aparata çevrilə bilər

İsrailin "Blue White Robotics" şirkəti istənilən traktoru sürücüsüz aparata çevirməyə imkan verən avtonom idarəetmə sistemi hazırlayıb.

Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, sözügedən sistem lidar, kameralar, peyk naviqasiya sistemindən gələn siqnalların qəbuledicisi və maneə ilə toqquşarkən dayanmağa kömək edən qoruyucu bamperdən ibarətdir. Həmçinin istehsalçılar, məsələn, qəza zamanı fermanın işçilərinə traktorun işini dayandırmağa imkan verən alət də nəzərdə tutublar.

Şirkət tərəfindən hazırlanmış proqram təminatı sürücüsüz qurğuları uzaqdan idarə etməyə və onlar üçün marşrutlar yaratmağa imkan verir. "Blue White Robotics" şirkəti sistemi abunə yolu ilə satmaq niyyətindədir. Şirkətin mütəxəssisləri hesab edirlər ki, bu sistemin tətbiqi ilə traktorların işinin avtomatlaşdırılması nəticəsində fermaların xərcləri azalacaq.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Aid olduğu ölkə

İsrail, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 836
Baxılıb: 8
Əlavə edilib:
Redaktə edilib: 24-02-2021
Bitmə tarixi: 24-02-2022
Kateqoriyalar: Texnologiya