Nigeriyada uşaqların tapdığı bomba partladı: 7 ölü

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Nigeriyada uşaqların tapdığı bomba partladı: 7 ölü

Nigeriyanın Zamfara əyalətində meydana gələn partlayışda odun yığmağa gedən 7 uşaq həyatını itirib.

"MediaPost" xəbər verir ki, bu barədə Zamfara Təhlükəsizlik və Daxili İşlər üzrə Dövlət Komissarı Abubakar Dauran məlumat verib.

Onun sözlərinə görə, əyalətin Maradun bölgəsində odun yığmağa gedən uşaqlar bomba tapıb. Dauran uşaqların nə olduğunu anlamadıqları bomba ilə oynadıqlarını və bu zaman da partlayış baş verdiyini söyləyib.

Dauran bədbəxt hadisə nəticəsində 7 uşağın öldüyünü, çox sayda insanın yaralandığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Nigeriya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 542
Baxılıb: 14
Əlavə edilib:
Redaktə edilib: 17-02-2021
Bitmə tarixi: 17-02-2022
Kateqoriyalar: Hadisə