Daha bir ölkə TikTok-u qadağan edir

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Daha bir ölkə TikTok-u qadağan edir

Hürrəm Mehran: "Məhkəmə Pakistan Telekommunikasiya İdarəsindən TikTok-a girişin bağlanmasını istədi"

Pakistan məhkəmə qərarından sonra TikTok sosial şəbəkəsini blok edir.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin telkommunikasiya tənzimləyicisinin sözçüsü Hürrəm Mehran bildirib.

“Məhkəmə Pakistan Telekommunikasiya İdarəsindən TikTok-a girişin bağlanmasını istədi”, - deyə Mehran açıqlamasında deyib.

Bu qərar istifadəçilərdən birinin sosial şəbəkənin ədəbsizliyi təbliğ etməsi ilə bağlı şikayətindən sonra qəbul edilib. TikTok-un Pakistandakı rəsmisi təmsil olunduğu şirkətin daha sonra açıqlama verəcəyini deyib.

Xatırladaq ki, TikTok Pakistanda hələ ötən ilin oktyabrından qadağan edilsə də, daha sonra bu qərar ləğv olunmuşdu. Adıçəkilən sosial şəbəkə Pakistanda “WhatsApp” və “Facebook”dan sonra ən çox istifadə olunan tətbiqetmədir.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) ayna.az/news/25809

Aid olduğu ölkə

Pakistan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1300
Baxılıb: 32
Əlavə edilib:
Redaktə edilib: 12-03-2021
Bitmə tarixi: 12-03-2022
Kateqoriyalar: Texnologiya