Qazaxıstanla Azərbaycan arasında mühüm razılıq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Qazaxıstanla Azərbaycan arasında mühüm razılıq

Qazaxıstanın "KMG Drilling&Services" və Azərbaycanın "Caspian Drilling Company" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Satti” qaldırıcı üzən qazma qurğusunun quyular qazması barədə Saziş imzalayıb.

"Rupor" xəbər verir ki, Trend bu barədə Qazazıstanın "Samruk-Kazına" şirkətinin İctimaiyyətlə əlaqələr departamentinə istinadən məlumat verir.

Məlumata əsasən, qazma işləri Xəzər dənizinin SOCAR və BP-nin birgə kəşfiyyat işləri apardığı sahəsində yerinə yetiriləcək.

Xatırladaq ki, Azərbaycanın “Caspian Drilling Company” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri “Satti” qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.

Xəbərlər:

Aid olduğu ölkə

Qazaxıstan, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1035
Baxılıb: 38
Əlavə edilib:
Redaktə edilib: 27-02-2021
Bitmə tarixi: 27-02-2022
Kateqoriyalar: İqtisadiyyat