Rusiya Ordusu genişmiqyaslı hərbi təlimlərə başladı

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Rusiya Ordusu genişmiqyaslı hərbi təlimlərə başladı

Silahlı Qüvvələrinin bütün növləri və qolları yoxlanılacaq

Rusiya Ordusu döyüş hazırlığını yoxlamağa başlayıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu bildirib.

Nazirin sözlərinə görə, qoşunlar taktiki, taktiki-xüsusi və ikitərəfli təlimlər üçün poliqonlara göndərilib: “Təlimin keyfiyyəti, hərbi eşelon və texnikanın hərəkətində təhlükəsizliyin təmin edilməsi tapşırığı verilib”.

Məlumata görə, təlimlər bütün hərbi dairələrin və Şimal Donanmasının ərazilərində, Uzaq Şimalda, Kuril adaları və Kamçatkada aparılır. Aprel ayında 101 təlim meydançasında və 520 təhsil müəssisəsində 812 ikitərəfli məşq daxil olmaqla, ümumilikdə 4048 müxtəlif miqyaslı təlim məşqləri keçiriləcək. Bu təlimlər zamanı Rusiya Silahlı Qüvvələrinin bütün növləri və qolları yoxlanılacaq.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) ayna.az/news/26812

Aid olduğu ölkə

Rusiya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1705
Baxılıb: 16
Əlavə edilib:
Redaktə edilib: 06-04-2021
Bitmə tarixi: 06-04-2022
Kateqoriyalar: Hərbi xəbərlər