Rusiya Bayraktar-a qarşı yeni sistem yaradır

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Rusiya Bayraktar-a qarşı yeni sistem yaradır

Rusiyalı mütəxəssislər PUA-lara qarşı dünyada ilk dəfə “havada mina” sistemini yaradıblar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Rostex” şirkətinin nəzdindəki ZALA AERO-nun rəhbəri Aleksandr Zaxarov deyib.

Onun sözlərinə görə, “havada mina” sistemi daha əvvəl Rusiyada yaradılmış “Lanset” PUA-larının əsasında ərsəyə gətiriləcək: “Daha əvvəl əldə etdiyimiz 300 km/s sürəti ilə bunu rahatlıqla edə bilərik”.

Qeyd edək ki, Zaxarovun istifadə etdiyi “havada mina” ifadəsi bir neçə PUA-nın havada patrul xidməti göstərməsi və digər PUA-ların keçə bilməyəcəyi manenin yaradılması anlamına gəlir. Belə ki, on saatdan artıq havada qala bilən “Lanset” PUA-ları, bir növ, “havada mina” şəbəkəsi yaradır.

Ukraynanın Türkiyənin “Bayraktar” PUA-ları əldə etməsindən sonra Rusiya tərəfindən belə açıqlama verilməsi xeyli suallar doğurub.

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Rusiya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1913
Baxılıb: 32
Əlavə edilib:
Redaktə edilib: 19-04-2021
Bitmə tarixi: 19-04-2022
Kateqoriyalar: Texnologiya